EN

Qərbin Ukraynaya dəstəyi yenidən güclənir - Hansı ölkə nə qədər yardım göndərəcək?

Müəyyən müddətlik fasilədən sonra Qərbin Ukraynaya dəstəyi yenidən artmağa başlayıb. ABŞ-nin 61 milyardlıq yardım paketinin ardından Ukraynanın Qərbdəki digər müttəfiqləri də milyardlarla dollarlıq silah paketləri və maliyyə dəstəyi təklif etməyə başlayıblar."AzPolitika" xəbər verir ki, İspaniyanın "El Pais" nəşrinin məlumatına görə, İspaniya Ukraynaya “Patriot” raketləri göndərməyə hazırlaşır.Nəşr İspaniyanın zenit-raket qurğuları göndərməkdən imtina etdiyini, lakin Kiyevi artilleriya mərmiləri ilə təmin edəcəyini bildirib. "El Pais" İspaniyanın 2004 və 2014-cü illərdə Almaniyadan aldığı ikinci əl 3 "Patriot" batareyasının Ukraynaya verilə biləcəyini bildirib.Ukraynanın bir nömrəli müttəfiqi hesab olunan ABŞ-nin isə Ukrayna üçün nəzərdə tutulan 61 milyardlıq yardım paketinə daxil olan 6 milyardlıq silah tədarükünü bu gün elan edəcəyi gözlənilir.Digər tərəfdən, İsveçrə hökuməti Ukraynaya 5,5 milyard dollarlıq yeni yardım paketinin göndərilməsi ilə bağlı təklifi dəstəkləyib. İsveçrə Parlamentinin komitəsində Ukraynaya 5 milyardlıq İsveçrə frankı (təxminən 5,5 milyard ABŞ dolları-red.) həcmində yardım paketinin göndərilməsinin lehinə səs çıxıb.


Ukraynanın hərbi yardımla bağlı mənfi cavab aldığı azsaylı ölkələrdən olan Yunanıstan isə Ukraynaya “Patriot” və ya "S-300" kimi hava hücumundan müdafiə sistemlərinin verilə bilməyəcəyini açıqlayıb."AzPolitika.info"

Chosen
113
10
azpolitika.info

8Sources