EN

“Bolşe zəhrimara”-Blinkenə istefa...  

 

“Mən bir yəhudu kimi İsrailin yanındayam” deyən Blinken bundan bir ay sonra Qarabağda terror yuvasının 23 saat ərzində məhv edilməsinə  niyə eyni reaksiyanı  göstərmədi?

ABŞ dövlət katibi Entoni Blinken zənnimcə, dərin, xüsusi diplomatik bacarığı olan adam deyil. Yəni bu bir müşahidədir, amma diplomatiya qapalılığı sevsə də, nəticəsi gözəgörünməz deyil, bu səbəbdən də Blinkenin son 4 illik fəaliyyəti haqda yaxşı heç nə demək mümkün deyil. Yaxın Şərq kimi “qanayan yara”nı, Ukrayna kimi qlobal  müharibəni  hələ qoyaq kənara. ABŞ və onun xarici siyasətini kurasiya edən Dövlət Departamenti onun rəhbərliyi dönəmində də   Qarabağ məsələsində  fərli(əvvəlkilərdən fərqli) siyasət ortaya qoya bilmədi. 

ABŞ Baydenin prezidentliyi dönəmində yenidən və yeni dünya düzəni yaratmaq arzusuna düşüb ki, bunun acı nəticələri göz qarşısındadır.  Dünya xaos əhval-ruhiyyəsinə girib, bunun son acı nümunəsi hazırda Yaxın Şərqdə baş verənlərdir.

Amerikanın Qafqazda Ermənistan üzərindən son həmlələri hələ ki, uğursuzdur. Azərbaycan Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyini dəfələrlə müsbət qiymətləndirib, Blinkenin birbaşa vasitəçiliyi ilə təşkil edilən danışıqlarda da həmişə iştirak edib.   Ötən il bu vaxt Laçında dövlət sərhəd postumuz fəaliyyətə başlayanda Blinkenin Bakıya  telefon zəngləri intensivləşdi. Azərbaycanın öz ərazisində sərhəd-keçid məntəqəsi quraşdırması nədənsə, Fransa qədər ABŞ-ı da narahat etmişdi. Bundan bir qədər sonra gərək ki, “Politico” nəşri yazmışdı ki, Blinken ermənipərəst konqresmenlərlə  görüşündə guya Azərbaycanın Ermənistana hücum hazırlığında olduğunu deyib. Rəsmi olaraq bu xəbəri təkzib etmədilər, üstəlik sonradan Blinkenin daha bir köməkçisi(müavini) eyin yalanı təkrarladı da. Prezident Əliyevin sitatını kontekstdən çıxarıb “Azərbaycanın Zəngəzura qoşun yeritmək” istəyi kimi izah etmək ölkəmizə qarşı qarayaxma, imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyildi. 

6c4ae7fe37eb9ccb61e3bd84c9087a36.jpg

Ötən ilin oktyabrında  İsraildə terror hücumunu pisləyən, “mən bir yəhudi kimi İsrailin yanındayam” deyən Blinken təəssüf ki, bundan bir ay sonra Qarabağda terror yuvasının 23 saat ərzində tam məhv edilməsinə eyni  reaksiya göstərmədi.  Antiterror tədbirləri zamanı bir mülki erməni ölmədi, erməni xalqını Qarabağdan heç kim qovmadı,  bir adamın burnu da qanamadı.  Amma İsraildə qan su yerinə axmaqda davam edir. ABŞ hətta bu qırğının  “ədalətli izahını” tapır,  Azərbaycan yada düşdükdə yenə də “zorla köçürülmədən” danışmağa üzləri olur...

Blinkenin idarəsinin insan haqlarına dair  son hesabatında da erməni sevgisi aşkar hiss edildi. Amerika dövlət kimi əlbəttə ki, Fransanın tayı deyil, amma ABŞ-ın   Azərbaycana münasibətlərdə tez-tez “Makronluq” iddiasına düşdüyünü də gizlədə bilmir. 

Blinkenin ABŞ dövlət katibi kimi Çinə ikinci dəfə səfəri diqqət çəkdi. O, ilk dəfə Çinə  ötən ilin iyununda dünyanın iqtisadi və indi həm də siyasi nəbzinin vurduğu  ölkəyə səfər etmişdi. Amerikanın dərdi aydındır. Çini qorxutmaqla Rusiyanı yıxmaq. Çünki Qərb gec olsa anladı ki, Rusiyanı yıxmaq planlarında çox optimist olub, çünki nə qədər ki, Çinlə müttəfiqdirlər, müqavimətə davam edəcəklər.

 Blinken sifətinə “bolşe zəhrimar” verərək 10 aydan sonra yenə də “sözəbaxmaz” Çinə  üçgünlük danışıqlara getmişdi. Həm də Çinin ən həssas yerinə- Tayvana yardım paketi ayrılandan sonra. Tayvana yardım ilk deyil, amma Blinkenin Çinə bu qərardan dərhal sonra getməsi Pekinə sataşmaqdır. Blinkendən əvvəl ABŞ-ın maliyyə naziri də Çinə getmişdi, Rusiya ilə iqtisadi əlaqələri olan iri şirkətləri sanksiyalarla təhdid etmişdi. 

19c7e4041fffe9e5bd2d4fa8d0e10b55.jpg

Pekində çinli həmkarı ilə görüşdən sonrakı brifinqdə ABŞ dövlət katibi Çini aşkar  mətnlə təhdid edib. “Bugünkü müzakirələr zamanı mən Çindən Rusiyanın Ukraynaya təcavüzünü gücləndirən komponentlərlə bağlı ciddi narahatlığımızı təkrarladım. Çin tərəfdən heç bir tədbir görülməsə, biz hərəkətə keçməyə tam hazırıq” deyə,  Blinken hədələyib. Çinli nazir isə  çağırış edib ki, kimsə ölkəsinin inkişafını boğmamalı və suverenliyi, təhlükəsizliyi və inkişaf maraqları baxımından “qırmızı xətləri keçməməlidir” .  Ekspertlərə  İqtisadi baxımdan Amerika Çindən asılıdır, nəinki Çin ABŞ-dan daha çox asılıdır”. Rusiya mediası yazır ki, Blinken 10 ay aralıqdan sonra baş tutan səfərin yenə uğursuz olduğunu və yaxın vaxtlarda bu uğursuzluğu ört-basdır etmək üçün Blinkenin istefaya göndəriləcəyini mümkün hesab edib...   

 

Nazim SABİROĞLU,
Musavat.com  

 

Chosen
202
3
musavat.com

10Sources