Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq.
Publika.az xəbər verir ki, bunu Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib.
Onun sözlərinə görə, azad, müstəqil, suveren, vahid və Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan gürcü arzusudur və bu, mütləq gerçəkləşəcək.
Siyasətçi ölkənin bütün maneələri dəf edərək 2030-cu ildə Aİ-yə üzv olacağını vəd edib.