Səhər saatlarında polis “Ermənistan” blokunun deputatı Qarnik Danielyana Çaykəndə (Kirants) daxil olmağı qadağan edib.
Onlar qeyd ediblər ki, yalnız kənd sakinlərinə daxil olmağa icazə verilib.
Turkustan.az erməni mətbuatına istinadən xəbər verir ki, kəndə girmək üçün isə polisdən şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
“Bu, nə deməkdir, deputatla danışmayacaqsınız?”,- deyə Danielyan kəndin girişində dayanan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.
“Özünüzü təqdim etmədiniz. Mən səni ilk dəfədir ki, görürəm”,- deyə polislərdən biri qətiyyətlə cavab verib.
“Siz mənim kim olduğumu yaxşı bilirsiniz, bundan başqa, özümü təqdim etdim. Hamınız məni yaxşı tanıyırsınız. Bizim azad hərəkət hüququmuzu pozmağa heç kimin haqqı yoxdur”, - deyə bir neçə gündür Tavuş vilayətinin sərhəd kəndlərində etiraz aksiyalarında iştirak edən deputat bildirib.
Səhər tezdən polis qüvvələri Kirants kəndinə gəlib və güc tətbiq edərək, yolu bağlayan sakinləri saxlayıblar.
Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi kənd yaxınlığında minalardan təmizləmə işləri aparır, ona görə də ora gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.
Kəndin başçısı Kamo Şahinyanın sözlərinə görə, kənd sakinləri minalardan təmizləmə prosesinin qarşısını almaq üçün növbətçi olub. /cebheinfo.az/