EN

“Şəmkir” stadionu bu tarixdə təmirə bağlanacaq – açıqlama

Azərbaycan çempionatının sonuna bir neçə tur qalıb.

Artıq kimin elitadan, kimin 1-ci liqadan, kimin isə 2-ci liqadan düşəcəyini təxmin etmək mümkündü. 2-ci liqada autsayder hazırda “Kürmük Qax” olsa da, “Şəmkir”lə xal fərqi çox deyil. Belə ki, hesabında 16 xalı olan “Şəmkir”i sonuncuyerdən cəmi 2xal qabaqlayır.

Bilindiyi kimi, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasında mərhələ adlayan “Şəmkir” olub. Klub 2001/02 mövsümündə Latviya “Skonto”suna 4:1 qalib gələrək adını tarixə salmağı bacarmışdı. İndi isə qarşımızda 2-ci liqada qalmaq uğrunda mübarizə aparan “Şəmkir” var. Bəs tarixi klubun qarşısında hansı hədəflər durur?

Bu sualı “Şəmkir”in prezidenti Vüsal Məmmədova ünvanladıq. O, “Football-plus.az”a açıqlamasında mövsümün sonuna olan planlarını açıqladı:
“Hazırda əsas hədəf 2-ci liqada qalmaqdı. Mövsümun ikinci yarısında Ceyhun Əhmədov baş məşqçi təyin olundu. Onun qarşısına da hədəf kimi bu qoyuldu. Hazırda istəyimiz “Kürmük Qax”ı udub, 9-cu yerdə olmaqdı. Bunu təmin etməliyik. Həm də “Cəbrayıl”la ağır ev oyunu var. Komandamızın qarşısında duran əsas tələb də məhz budu”.


Məmmədov həmçinin növbəti mövsüm üçün əsaslı dəyişikliklər olacağını da bildirdi:
“Növbəti mövsüm komandamızda əsaslı dəyişikliklər nəzərdə tuturuq. Azarkeşlərimizi stadiona gətirmək istəyirik. Buna görə də tam fərqli “Şəmkir” görəcəklər. Düzdü, maliyyə vəziyyətimiz indi sabitdi, bu cəhətdən böyük problemimiz yoxdu. Amma gələn “futbol ili” üçün bu barədə də müəyyən yeniliklər olacaq. Eləcə də stadionumuz təmirə bağlanacaq. Bilindiyi kimi, mayın 23-də çempionatın son oyunu olacaq. İyunun 5-10-u aralığında stadionumuz təmirə bağlanacaq”.


RÖYANƏ OĞUZ
Chosen
210
15
football-plus.az

10Sources