EN

Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı möhtəşəm başa çatdı! Viva-Opera ulduzlarının iştirakı ilə qala gecəsi - VİDEO - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı möhtəşəm bağlanəşı baş tutub.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatı, Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Beynəlxalq Opera Festivalı böyük uğurla keçib. Yeddi gün ərzində Bakı və Gəncənin konsert məkanlarında yerli və xarici səhnə ustalarının, gənc istedadların iştirakı ilə Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim olunub. Hər axşam böyük maraq və anşlaqla keçdi. Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənəti sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsidir.

Final gecəsində Türkiyədən dirijor, Cemal Reşit Rey konsert Mərkəzinin direktoru Murat Cem Orhanın rəhbərliyi ilə Filarmoniyanın simfonik orkestrinin müşayiəti ilə opera sənətinin ulduzları Ripalta Bufo (İtaliya), Vyaçeslav Vasilyev (Rusiya), Giorgi Çelidze (Gürcüstan), Azərbaycanın Xalq Artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Gülnaz İsmayılova, əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Cahangir Qurbanov, Anar Şuşalı, Səbinə Vahabzadə, Anton Ferştandt, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, beynəlxalq müsabiqələrin laureatları Adil Axundov, Taleh Yahyayev, Atəş Qarayev, Mahir Tağızadə çıxəş edib. Qeyd edək ki, festival çərçivəsində Bavariya Qutt-İmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru, dirijor Korneliya fon Kerssenbrok (Almaniya) da iştirak edib. Azərbaycan və dünya əsərləri tamaşaçıların alqışları və güllər ilə qarşılandı və sonda sənətçiləri ayaqda alqışladı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World

Məqaləyə dair fotomateriallar:

Chosen
167
22
milli.az

10Sources