EN

ABŞ İsrailə silah satışını dayandırıb

ABŞ Fələstinin Həmas hərəkatı ilə münaqişə başlayandan bəri ilk dəfə olaraq İsrailə silah tədarükünü dayandırmaq qərarına gəlib.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Axios portalı məlumat yayıb.

 

“İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə döyüş sursatının tədarükü dayandırılıb”, - nəşr yazıb.

 

Portalın məlumatına görə, tədarükün dayandırılması 2023-cü ilin oktyabrından bəri ilkdir. İsrail rəsmilərinin sözlərinə görə, insident İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub və yükün nə üçün gecikdiyini araşdırmaq lazımdır.

 

Eyni zamanda, Ağ Ev jurnalistlərə şərh verməkdən imtina edib.

 

Bundan əvvəl Qərb ölkələrinin Qəzza zolağında vəziyyəti həll etmək üçün İsrailə silah satışını azaltmaq təklifi ilə çıxış etdiyi bildirilirdi. Qeyd olunur ki, Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası tərəfindən yaradılmış təmas qrupu, eləcə də “bir neçə Qərb dövləti”nin nümayəndələri bu yaxınlarda Ər-Riyadda görüşlər keçirib və “vacib danışıqlar” aparıblar. 

 

Nigar

 

Chosen
209
20
oxu24.com

10Sources