EN

Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var

Nyu York 359.500 milyonçu və 60 milyarderlə dünyanın ən zəngin şəhəridir.
BUTA.TV xəbər verir ki, CNBC nyu-yorkluların sərvətinin hazırda 3 trilyon dolları ötdüyünü və bunun Braziliya, İtaliya və ya Kanadanın ÜDM-ini üstələdiyini yazıb. San Fransisko və Körfəz bölgəsi ikinci yerdədir - milyonçuların sayı son on ildə 82% artaraq 305.700-ə çatıb. Bu ərazidə 68 milyarder yaşayır. Ümumilikdə ABŞ dünyanın 50 ən varlı şəhərindən 11-nə sahiblik edir. Tokio hazırda üçüncü yerdədir - milyonçuların sayı 298 300 nəfərdir. Sinqapur (244.800 milyonçu ilə) dördüncü yerə yüksəlib. Pekin ilk dəfə onluğa düşüb - 125.600 milyonçu ilə. Dünyadakı ilk onluq belədir: 1. Nyu York 2. Körfəz rayonu, Kaliforniya 3. Tokio 4. Sinqapur 5. London 6. Los-Anceles 7. Paris və İle-de-Fransa 8. Sidney 9. Honq Konq

10. Pekin

Chosen
290
50
buta.tv

10Sources