EN

Ukraynada vəziyyət kritikdir, Ukrayna Silahlı Qüvvələri geri çəkilir...

Prezident Zelenski xarici səfərlərini təxirə salıb
 
"Ukrayna şəhərləri Rusiya tərəfindən genişmiqyaslı hücumlara məruz qalır..."
 
Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının məlumatına görə, Ukrayna qoşunları Xarkov istiqamətində Lukyantsı və Volçansk rayonlarında hərbi qulluqçuların həyatını qorumaq və itkilərdən yan keçmək məqsədilə geriyə çəkilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rubryka.com" nəşri yazıb.
 
"Hortitsa" strateji qruplaşmasının spikeri Nazar Voloşinin sözlərinə görə, bu istiqamətdə vəziyyət son dərəcə ağırdır.
 
"Vəziyyət sərhəd zolağı boyunca dinamikdir. Düşmən irəliləmək üçün orada möhkəmlənməyə cəhd göstərir. Hazırda orada kiçik yaşayış məntəqələrində aktiv döyüş əməliyyatları gedir", - Voloşin deyib.
 
Rusiya iddia edir ki, Volçanskını nəzarətə götürüb, lakin Ukrayna KİV-ləri şəhərin artilleriya atəşinə tutulması və atəş altında dinc əhalinin təxliyəsi kadrlarını dərc edib.
 
Ukrayna ordusunun geri çəkilməsi fonunda Ukrayna prezidenti Vladimir Zelenski planlaşdırdığı beynəlxalq səfərlərini təxirə salıb. 
 
Mayın 17-də o, İspaniyaya səfər etməli, orada təhlükəsizlik haqqında ikitərəfli saziş imzalamalı, daha sonra Portuqaliyanı zyarət etməli idi.
 
Yeri gəlmişkən, bu saziş İspaniyanın Kiyevə artıq silah tədarükünün köməyilə göstərdiyi hərbi dəstəyin sabitliyi və proqnozlaşdırılan olmasını, Toledo şəhərində Tədris-Koordinasiya Mərkəzində 4 mindən çox döyüşçünün hazırlığı və Saraqosda hərbi hospitalda onlarla yaralıya qulluq edilməsini təmin edəcək.
 
Bundan başqa, Rusiya Ukrayna şəhərlərinə hücumlarını davam edir. Bu gün Dnepr şəhəri zərbələrə məruz qalıb, ilkin məlumata görə, iki nəfər həlak olub. 
 
Nikolayev şəhərinə zərbələr nəticəsində Rusiya raketi sənaye zonasına düşüb. Xersona zərbələr nəticəsində şəhər sakinləri arasında zərərçəkənlər olub. 
 
Xarkov şəhəri də zərbələrə məruz qalıb. Bu şəhərin atəşlərə tutulmasının videosu sosial şəbəkələrdə üzə çıxıb. Kadrlarda "Qrad" yaylım atəşli raket sistemi Belqoroq vilayətində avtomobil yolunda dayanıb və magistral yolu bağlayıb.
Chosen
297
31
moderator.az

10Sources