Kartof əvəzinə bu tərəzdən istifadə edin, 70 dəfə daha faydalıdır.
Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.
E-saglam.az xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək və salatlara kartof əvəzinə kərəviz əlavə edə bilərlər.
Bu tərəvəz həm kartof kimi tox saxlayır, həm də ondan qat-qat daha faydalıdır. Bəzi araşdırmalar kərəvizin ehtiva etdiyi qida maddələrinə görə, kartofdan 70 dəfə daha faydalı olduğunu göstərib.
Kərəvizin faydalarını təqdim edirik:
- Kərəviz liflə çox zəngindir. Bir çox xəstəliklərdən qorunmaq üçün hər gün lif tərkibli qidalar yemək böyük əhəmiyyət kəsb edir.
- Bu tərəvəz orqanizmdəki iltihabı aradan qaldırır.
- Həzmi tənzimləyir və qəbizliyin qarşısını alır.
- Kalorisi az olduğu üçün arıqladır.
- Qan təzyiqini aşağı salır.
- İmmunitet sistemini gücləndirir.
- Tərkibində antiinflamatuar birləşmələr var.
-Tərkibindəki antioksidantlarla qanın lipid səviyyələrini tənzimləyə və bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruya bilər.
- Sümük sağlamlığını dəstəkləyir.
- O, həmçinin bəzi xərçəng növlərinə tutulma riskini azaldır.
Kərəvizin bu faydalarından faydalanmaq üçün onu müntəzəm olaraq istehlak etmək və balanslaşdırılmış qidalanma proqramına daxil etmək vacibdir. (Medicina.az)