EN

ABŞ və Argentina enerji və mədənçıxarma sahələrində əməkdaşlığı intensivləşdirəcək

ABŞ dövlət katibi Antoni Blinken və Argentinanın xarici işlər naziri Diana Mondino Vaşinqtonda keçirilən görüşdə enerji, təbii ehtiyatlar və ticarət sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlar barədə razılığa gəliblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri ABŞ və Argentinanın daha təhlükəsiz və daha demokratik yarımkürə qurmaq üçün əməkdaşlığı necə artıra biləcəyini müzakirə ediblər: "Enerji və kritik minerallar sektorlarında əməkdaşlığımızı inkişaf etdirmək barədə razılığa gəlinib. Dövlət katibi Blinken və xarici işlər naziri Mondino enerji təhlükəsizliyi üzrə dialoqa sadiqliklərini bir daha təsdiqlədilər". 

"Tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Blinken və Mondino yüksək səviyyəli ikitərəfli dialoqu yeniləmək üçün anlaşma çərçivəsi sazişi imzaladılar. Bu çərçivə sazişi ticarət, iqtisadi artım və ekoloji sabitlik də daxil olmaqla əsas sahələrdə əməkdaşlığı inkişaf etdirəcək", - Miller qeyd edib. 

Chosen
251
48
iqtisadiyyat.az

10Sources