EN

“Azərbaycan İranla yaxşı münasibətlərin qurulmasını prioritet hesab edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İran Prezidentinin faciəli şəkildə qəzaya uğraması və gələn kədərli xəbərlər hər bir azərbaycanlını məyus etdi. Qeyd edim ki, Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsini göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, münasibətlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır, hər hansı bir problemin mövcudluğunu tamamilə istisna edir: “Tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Xüsusilə energetika sahəsində geniş imkanlar var. Bu isə dünya energetika bazarında hər iki ölkənin yerini daha da möhkəmləndirir.Həmçinin tərəflər görüş zamanı regionda olan vəziyyəti müzakirə etdilər, biri-birlərinin milli maraqlarına hörmətlə yanaşdıqları bəyan edildi. Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər hansı bir şübhə ola bilməz.Eyni zamanda hər iki ölkəni qədimdən birləşdirən tarix, mənəvi dəyərlər var. Bu münasibətlərin daha da yaxşı olması cəmiyyətdən gələn sosial mesajdır. İnanırıq ki, hər iki ölkə bundan sonra da yaxşı münasibətlərin qurulması, əlaqələrin möhkəm olması üçün maksimum səy göstərəcəklər. Azərbaycan bu məsələdə İranla yaxşı münasibətlərin qurulmasını özünün xarici siyasətində prioritet məsələlərdən biri hesab edir”.

Müəllif: Səbinə Hüseynli

Chosen
257
50
sesqazeti.az

10Sources