EN

İran prezidentliyinə namizədlərin siyahısı nə vaxt açıqlanır?

İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

 

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohari məlumat verib.

 

"Namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək", - İran rəsmisi bildirib.

 

Növbədənkənar prezident seçkiləri 28 iyuna təyin edilib.

 

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Chosen
221
50
sfera.az

10Sources