Türkiyənin İzmir şəhərində 57 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Seferihisar və Menderes rayonları sahillərində rezin qayıqlarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.
Komandalar Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 57 qanunsuz miqrantı xilas edib.
Çeşmə sahillərində isə rezin qayıqda olan 41 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə