EN

“Azərbaycan Sənaye Bankı” ötən səhmdarlarına dividendi “qənaətlə” ayırır

“Azersun Holdinq”ə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC ötən il səhndarlarına dividend ayırıb.

Banker.az xəbər verir ki, ASB Bank 25 dekabr 2023-cü il tarixində 451 556 manatlıq məbləğində dividend elan edib.

Bank 2023-cü ildə audit edilmiş hesabatına əsasən, 33.19 milyon manat faiz gəlirinə qarşı 5.07 mln. manat xalis mənfəət əldə edib. 1 yanvar 2024-cü il tarixinə bankın kapitalında 47.7 milyon manat bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.43 faizi Anadolu Investment Company, 1.00 faizi Leyla Gözal Kurt və 0.58 faizi “Azərbaycan Sənaye Lizinq Şirkəti”nə məxsusdur.

Bank 2024-cü ilin may ayının 20-si səhmdarların toplanacağını, dividendlərin bölüşdürülməsi məsələsinin müzakirə ediləcəyini bildirmişdi.

Chosen
170
29
banker.az

10Sources