Bakı. Trend:
Tyaqo Motta “Yuventus”la müqavilə imzalayıb.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, tərəflər 2+1 illik razılıq əldə ediblər.
Turin klubunun tezliklə rəsmi açıqlama verməsi gözlənilir. 41yaşlı mütəxəssis ilə 3,5 milyon avro qazanacaq. O, bu vəzifədəMassimiliano Alleqrini əvəzləyəcək.
Qeyd edək ki, Motta “Bolonya” ilə İtaliya A seriyasında2023/2024 mövsümünü 4-cü pillədə başa vurub. Komanda 60 il ərzindəilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.