EN

İranda prezident seçkisi: ilk anket nəticələrinə görə qalib kim ola bilər?

İranda 14-cü prezident seçkiləri üçün iyunun 28-də səsvermə keçiriləcək. Prezident seçkilərində mübarizə aparacaq 6 namizəd iyunun 27-si saat 08:00-dək seçkiqabağı təşviqat tədbirlərini davam etdirə biləcək.

Namizədlər aşağıdakı siyasətçilərdir:

Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani – Tehran meri;
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.

İrandakı universitetlərdən birinin araşdırma mərkəzi seçki ilə bağlı proqnozlarını dərc edib.

Araşdırma mərkəzinin keçirdiyi sorğuda Qalibaf 30 faiz, Cəlili 25 faiz, Peşezkian 19 faiz, Əlirza Zakani 5 faiz, Mustafa Purməhəmmədi 4 faiz və Əmir Hüseyin Qazizadə Haşimi 2 faiz səs toplayıb.

İran Tələbələri Araşdırma Agentliyi sorğuda iştirak edən vətəndaşların 44,4 faizinin prezident seçkilərində mütləq səs verəcəklərini bildirib.

Chosen
192
50
moderator.az

10Sources