Ermənistanda yeni salınan Şurnux yolu güclü sel səbəbindən bağlanıb.
Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Gorus bələdiyyəsi məlumat yayıb.
Təbii fəlakət nəticəsində yeni salınan yola xeyli ziyan dəyib. Güclü yağış suları yolun asfalt örtüyünü yuyub, yol hissələrində dərin çuxurlar əmələ gəlib.
Musavat.com