Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov futbolçu karyerasını başa vurub.
O, “Araz Saatlı” ilə keçirilən pley-off mərhələsinin cavab oyunundan sonra I Liqaya vəsiqə qazanan “Cəbrayıl”la vidalaşıb.
Qarabağ təmsilçisinin fanatları Tovuz futbolunun yetirməsini Saatlıda alqışlarla yola salıb. Xeyli sayda azarkeş onu tribunaya tərəf səsləyərək, “çox sağ ol“ şüarını səsləndiriblər.
35 yaşlı futbolçu karyerası ərzində “Turan Tovuz”, “İnter” (Bakı), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” və “Şamaxı” klublarının formasını geyinib.
SPORTİNFO.AZ