EN

"Bu cür tədbirlər və müzakirələr daha yaxşı gələcək üçün ilkin şərti asanlaşdırır" - İvo Yosipoviç

Image

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda keçirilən panel müzakirələri zamanı maraqlı fikirlər səsləndirib. Sabiq dövlət başçısı qeyd edib ki, sülhü əldə etmək üçün xərclənən pul dünyanın gələcəyi uğrunda uğurlu mübarizədə ilkin şərtdir. Bu cür tədbirlər və müzakirələr daha yaxşı gələcək üçün ilkin şərti asanlaşdırır.

 “İqlim dəyişikliyi ilə mübarizədə təbii ki, atılan addımların heç də hamısı uğurlu olmur. Bu prosesə mənfi təsir edən emosional maneələr var ki, buna bəzi siyasətçilərin eqolarının səbəb olduğunu deyə bilərəm”.- sabiq Prezident bəyan edib.

Mətləb Salahov





Chosen
73
1
baki-xeber.com

2Sources