“Veymar üçbucağı”nda iştirak edən ölkələrin (Fransa, Almaniya, Polşa) ordu təlimləri 2025-ci ildə Polşada keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Parisdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Veymar" üçbucağı ölkələrinin birgə hərbi təlimləri gələn il Polşa Respublikası ərazisində keçiriləcək.
Qeyd edək ki, "Veymar" üçbucağı Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır.
Gözəl Həşimova