2024-cü ilin yanvar-mayında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 27 milyon 408 min ABŞ dolları, həcmi isə 109,6 ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35 % və 28,1 % azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Cari ilin beş ayında Azərbaycana xarici ölkələrdən 26 milyon 18 min ABŞ dolları dəyərində 107 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 35,7 % və 28 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 1 milyon 390 min ABŞ dolları dəyərində 2,6 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 22,6 % və 60,7 % azdır.
2024-cü ilin yanvarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 4 milyon 796 min ABŞ dolları, həcmi isə 19,9 ton təşkil edi
Hesabat dövründə Azərbaycandan xaricə isə 130 min ABŞ dolları dəyərində 0,43 ton poçt göndərişi ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 2,4 % və 62,7 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 130 min ABŞ dolları dəyərində 0,43 ton poçt göndərişi ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 2,4 % və 62,7 % azdır.
Aytac
www.anews.az