EN

LGBT Gürcüstanda qadağan edildi: Təbliğatını aparanlar həbs ediləcək

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə düzəlişlər paketini birinci oxunuşda dəstəkləyib. Ulusal.az Gürcüstan mətbuatına istinadən  xəbər verir ki, sessiya qanunverici orqanın saytında canlı yayımlanıb.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsinin lehinə 50 kvorumla 78 deputat səs verib. Parlamentarilər paketdə nəzərdə tutulan müxtəlif qanunlara dəyişiklikləri də dəstəkləyiblər. Müxalifətin əksəriyyəti qanun layihəsinin müzakirəsinə və səsverməsinə qatılmayıb, sessiyanı boykot edib.
Dəyişikliklər həmçinin kişi və qadının birliyindən başqa nikahların qeydə alınmasını, eynicinsli cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsini də qadağan edir.

Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa qoyulur, bunun üçün cinayət cəzası nəzərdə tutulur: 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1500 lari (təxminən 532 dollar), hüquqi şəxslər 4000 lari (1400 dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara intim homoseksual səhnələr və ya oxşar məzmunlu reklamlar yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs isə 2,5 min lari (təxminən 886 ABŞ dolları) məbləğində cərimələnəcək.

Yetkinlik yaşına çatmayanlar arasında cinsi dəyişikliyə və ya eynicinsli münasibətlərə dair materialların yayılmasına görə fiziki şəxslər 1000 lari (təxminən 355 ABŞ dolları), hüquqi şəxslər isə 3000 lari (1000 ABŞ dollarından çox) məbləğində cərimə edilir. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, cərimə ilə bağlı pozuntular iki ilədək həbslə də hədələnir.

Chosen
78
45
moderator.az

10Sources