EN

ABŞ iyulun 1-də Ukraynaya yeni hərbi yardım paketi elan edəcək

Vaşinqton Administrasiyası iyulun 1-də Ukraynaya 150 milyon dollarlıq növbəti hərbi yardım paketinin ayrılacağını elan etmək niyyətindədir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, paketə 155 mm çaplı artilleriya mərmiləri və HAWK zenit-raket kompleksləri üçün sursatlar daxildir. Bu və digər silahlar Pentaqonun anbarlarından Kiyevə təhvil veriləcək. ABŞ mətbuatı iyunun 25-də Ukraynaya 150 milyon dollarlıq hərbi yardım paketinin ayrılacağını xəbər verib.

Chosen
124
6
xural.com

9Sources