Bu ilin mart ayında ABŞ-ın Florida ştatında bir evin damına kosmik tullantı parçası düşüb.
Musavat.com "Gizmodo"ya istinadən xəbər verir ki, ev sahibi NASA-ya qarşı iddia qaldıraraq, 80 min dollar təzminat tələb edib.
Araşdırma zamanı məlum olub ki, təxminən bir kiloqram ağırlığında olan parça 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan atılan batareyanın bir hissəsidir.
Ekspertlərin fikrincə, əslində kosmik tullantı atmosferdə yanmalıymış, lakin bu baş verməyib.
Onlar xəbərdarlıq ediblər ki, belə hallar getdikcə daha tez-tez baş verəcək, çünki orbitə çıxarılan peyklərin sayı artır və köhnə qurğular kosmosda qalaraq tullantılar əmələ gətirir.
Musavat.com