1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Aktyor Hyu Cekman Deborra-Li Furnessdən boşandıqdan sonra Londona köçüb.
Məlumata görə, 55 yaşlı aktyor yeni filminin çəkilişləri ilə əlaqədar yaşayış yerini dəyişib. Bununla belə, aktyorla tanış olan bir nəşr insayderi onun həmişəlik orada qala biləcəyini iddia edir.
"O, orada yaşayan anası və bacısı ilə daha yaxın olmaq və bəlkə də yenidən sevgi tapmaq istəyir", - insayder bildirib.
16 sentyabr 2023-cü ildə məlum olub ki, Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness 27 illik evlilikdən sonra boşanırlar.
"Son illərdə bir-birinə olan sevgiləri daha çox dostluğa çevrilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, aktyor 1996-cı ildən Deborra-Li Furness ilə evlidir. Onlar "Correlli" serialının çəkiliş meydançasında tanış olublar. Həyat yoldaşı aktyordan 13 yaş böyükdür. Deborra-Li Cekmanla evli olarkən bir neçə dəfə hamiləlik keçirib. Bundan sonra aktyorlar iki uşaq - oğlu Oskar və qızı Ava Eliotu övladlığa götürüblər.
Mənbə: Gazeta.ru