EN

Asim Xudiyev üçün yeni mövsümdə UEFA-dan ilk təyinat

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) matçında iş başında olacaq.

Asim Xudiyev bu görüşün hakim-inspektoru təyin olunub. Həmyerlimiz Lüksemburqdan olan hakimlərin işinə qiymət verəcək. Belə ki, bu matçı lüksemburqlu Ceremi Muller idarə edəcək.

Bu, Xudiyevin 2024/2025-ci illər mövsümündə ilk təyinatıdır.

Xatırladaq ki, “Tikveş” ilə “Breydablik” arasındakı oyun iyulun 11-də Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
15
arena.az

10Sources