Britaniyada parlament seçkilərində səs vermə başa çatıb və “exit-poll”un nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, keçirilən “exit-poll”a görə Leyboristlər partiyası parlamentdə böyük bir üstünlük qazanıblar. Keir Starmerin rəhbərlik etdiyi partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər.
Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazımdır.
Seçkilərin nəticələrinin əksəriyyəti Britaniya saatı ilə iyulun 5-də saat 6-ya qədər elan ediləcək.