EN

Messinin qələbə şərhi: Görün nədən narazılıq etdi

Argentina millisinin kapitanı Lionel Messi komandasının Amerika Kubokunun 1/4 finalında Ekvador üzərində çətin qələbəsini şərh edib.

Publika.az xəbər verir ki, o, ABŞ-da keçirilən turnirin meydançalarından narazılığını ifadə edib:

“Biz bilirdik ki, gərgin və sıx matç olacaq. Hər şey gözlədiyimiz kimi oldu. Onların çox yaxşı oyunçuları var. Buradakı meydançalar istədiyiniz qədər sürətli oynamağa imkan vermir. Bu, həmişə müdafiəçinin tapşırığını asanlaşdırır”.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Ekvadoru (əsas vaxt - 1:1) penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
23
publika.az

10Sources