Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/4 final oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar.
Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər.
Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".