EN

Optimal enerji keçidi Azərbaycanın regional və qlobal səviyyələrdə sektorda öz nüfuzunu qorumasına imkan verəcək

Bakı. Trend:

Optimal enerji keçidi Azərbaycanın regional və qlobalsəviyyələrdə sektorda öz nüfuzunu qorumasın imkan verəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində "Boston Consulting Group"(BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı PatrikHerhold deyib.

Onun sözlərinə görə, Azərbaycan, misal üçün, günəş və küləkenerjisindən istifadə hesabına bərpa olunan və "yaşıl" enerjinininkişafı üçün mühüm potensiala malikdir. Enerji keçidinə savadlıyanaşma, müxtəlif enerji mənbələrindən istifadə zamanı optimaltarazlığın təmin edilməsi ilə ölkə enerji sektorunda həm regional,həm də qlobal səviyyədə öz nüfuzunu qoruyub saxlaya biləcək.

"Burada, Azərbaycanda bərpa olunan və "yaşıl" enerjinin inkişafıüçün böyük potensial var. Burada günəş batareyaları üçün bol günəşişığı, yetərincə güclü küləklər olur - bütünlükdə ekoloji cəhətdəntəmiz enerji əldə etmək üçün bütün imkanlar var", - deyə o qeydedib.

"Avropa üçün Azərbaycan daima enerji resurslarının etibarlıtəchizatçısı olub. Bu gün geosiyasi gərginlik və enerji dəhlizlərisahəsində müşahidə olunan mühüm dəyişikliklər, eləcə də tələb vətəklif balansı şəraitində Azərbaycan Avropanın zəruri enerjiresursları ilə təmin edilməsində mühüm rol oynamağa davam edir.Avropa Azərbaycana təbii qaz hasilatını artırmaq xahişi iləmüraciət edib ki, bu da ölkənin qaz tədarükləri üzrə mühümtərəfdaşı kimi mövqeyini gücləndirə bilər", - deyə Herhold qeydedib.

O bildirib ki, ölkənin zəngin neft və qaz ehtiyatları, eləcə dəbərpa olunan enerji istehsalı üçün resursların mövcudluğuAzərbaycanın enerji strategiyasında dönüş nöqtəsinə şərait yaradır.Bərpa olunan enerji mənbələrinə keçid ölkənin təbii qaz və aşağıkarbonlu elektrik enerjisi ixracını artırmasına imkan verəcək.

"Azərbaycan artıq elektrik enerjisi istehsalını qismən qazlaəvəz edərək, bərpa olunan enerji mənbələrinin istifadəsinə başlayıbki, bu da onun daha çox qaz ixrac etməsinə imkan verir, bu isəözlüyündə yaxşı iqtisadi əsaslandırmadır. Gələcəkdə ölkə daha daçox elektrik enerjisi, aşağı karbonlu hidrogen və onun törəmələrinienerji dəhlizləri ilə qonşu ölkələrə və ola bilsin ki, həttaAvropaya ixrac edə biləcək. Bütün bunlar yerli enerji sistemininşaxələndirilməsi və ekoloji cəhətdən təmiz olmasına öz töhfəsiniverir", - deyə Herhold hesab edir.

İdarəedici direktor Azərbaycanın bir sıra bölgələrində təbiiresursların bütün zənginliyindən istifadə etməklə, sıfırdan "yaşıl"iqtisadiyyat qurmaq üçün əla imkanların olduğunu bildirib.

"Azərbaycanda bərpa olunan enerji sahəsində maraqlı layihələrelan olunub və artıq reallaşdırılır. Fikrimcə, Azərbaycanıntəkrarlanmaz və müstəsna xüsusiyyətlərindən biri bəzi regionlarınınpraktiki olaraq sıfırdan "yaşıl" iqtisadiyyat qurmaq üçün mühümpotensiala malik olmasıdır. Artıq mövcud sənaye istehsalınındekarbonizasiyası zərurəti ilə üzləşən bir çox başqa ölkələrdənfərqli olaraq, Azərbaycanın bu bölgələrində hələ inkişaf etmişsənaye bazası yoxdur. Bu, təkcə "çirklini təmizləmək" haqqındadeyil, həm də artıq formalaşmış şaxələnmiş sənaye bazası olmadıqdabelə "yaşıl" iqtisadiyyatı necə qurmaq barədə düşünmək üçün çoxcəlbedici və heyranedici fürsətdir. Bu, həm də ölkənin təbiisərvətlərinin zənginliyini nəzərə alsaq, onun özü üçün əlaimkandır", - o deyib.

P.Herholdun sözlərinə görə, COP29 kimi qlobal iqlim konfransınaev sahibliyi etmək Azərbaycan üçün təkcə mühüm fürsət deyil, həm dəöhdəlikdir, bu həm də ölkənin iqlim dəyişikliyi ilə mübarizədə əldəetdiyi nailiyyətləri və potensialını nümayiş etdirmək şansıdır.

"Məsələ burasındadır ki, Azərbaycan qarşıdakı illərdə özöhdəliklərini yerinə yetirə biləcəkmi? Beləliklə, Azərbaycan qlobalistiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamağa kömək edəcəkfəaliyyət proqramı hazırlamağı öhdəsinə götürüb - bu, ölkənidekarbonizasiyası üçün olduqca iddialı məqsəddir. Məsələ bu məqsədəçatmaq üçün Azərbaycandan hansı strategiya, plan, tədbir vəaddımların tələb olunacağındadır", - o deyib.

"Buna nail olmaq üçün enerji mənbələrinin strukturundadəyişikliklər lazımdır. Nəticə etibarilə, Azərbaycan öz enerjiportfelini yenidən gözdən keçirməli olacaq ki, bu həm dövləttənzimlənməsi, həm də biznes layihələrinin maliyyələşdirilməsisahəsində yeni yanaşma və tədbirlər tələb edəcək", - deyə o əlavəedib.

Herholdun sözlərinə görə, Azərbaycanda normativ-hüquqi bazanisbi sabitliyi ilə fərqlənir, lakin tamamlamalar tələb olunacaq.Bütün ölkələr daha təmiz enerji istehsalına keçid yolunda bununlaüzləşirlər. Eyni zamanda, Azərbaycanın başlanğıc mövqeyi çoxgüclüdür.

Herholdun qeyd edib ki, qlobal enerji təhlükəsizliyinin təminedilməsi və emissiyaların sıfır balansına nail olmainvestisiyaların etibarlılığını və dayanıqlılığını təmin etmək üçünsavadlı normativ-hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutur.Şirkətlər də öz üzərlərinə biznes riskləri götürməklə, həmçininyeni strategiya və texnologiyalar qəbul etməklə öz töhfələriniverməlidir.

"Onlar müəyyən biznes risklərini öz üzərlərinə götürməliolacaqlar. Onlar yeni strategiyalar axtarmalı olacaqlar. Onlar yenitexnologiyalarə mənimsəməli, addım-addım özlərini ümid edək ki, nəzamansa tullantıların sıfır balansının əldə olunacağı bir dünyayahazırlamalı olacaqlar", - deyə Herhold hesab edir.

Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi aşağıkarbonlu texnologiyaların inkişafı üçün əsas amil olacaq.

"Şəxsən mən demək olar ki, daima deyirəm ki, söhbətmaliyyələşdirmədən deyil, iqtisadi modellərin işləməsindən gedir.İndiyə qədər iqtisadiyyatın dekarbonizasiyası üçün ehtiyacduyduğumuz texnologiyaların yalnız yarısı inandırıcı iqtisadiəsaslandırmaya malikdir. Digər texnologiyaların damaliyyələşdirilməsini təmin etmək lazımdır. Günəş baterayaları vəkülək elektrik stansiyaları kimi bərpa olunan enerji mənbələriüçün, qismən də istilik nasosları üçün artıq işləyən biznesmodelləri mövcuddur. Hələ ki bütün bölgələr və tətbiq sahələri üçünişləyən karbon tutma və saxlama texnologiyası üçün iqtisadiəsaslandırma yoxdur. Hələ ki, hidrogenlə bağlı tam həcmdə deyil", -Herhold deyib.

Onun sözlərinə görə, hazırda karbon tutma və hidrogen haqqındaçox danışılır, lakin tənzimləyici orqanlar, hökumətlər və sənayeassosiasiyaları daha inandırıcı iqtisadi əsaslandırmalarəı hələhazırlamalıdır.

"Fikrimcə, əvvəlki COP konfranslarında artıq müzakirə olunmuşistiqamətin təsdiqi yaxşı nəticə və götürülmüş öhdəliklərin təsdiqiolardı. Düşünmürəm ki, bu mərhələdə əlavə öhdəliklərə ehtiyacımızvar. Hazırda mühüm olan nəzərdə tutulanı yerinə yetirmək, hərəkətəkeçmək və real irəliləyiş əldə etməkdir. İlk növbədə, tənzimləyiciorqanlar normativ-hüquqi baza və iqtisadi əsaslandırmahazırlamalıdır. Fikrimcə, Azərbaycan bu prosesdə mühüm rol oynayabilər. Bununla belə, qlobal iqlim dəyişikliyi probleminin həllindəbütün məsuliyyəti yalnız bir ölkənin, xüsusən də Azərbaycanınüzərinə yükləməyə dəyməz. Biz artıq 28 COP konfransı keçirmişik vəbu müddət ərzində emissiyalar dayanmadan artıb. Hesab edirəm ki,daha məntiqli konsepsiya bir dəfəyə üç konfransın - Dubayda COP28,Azərbaycanda COP29 və Braziliyada COP30 konfranslarının inkişafınınəzərdən keçirdiyimiz "troika"dır. Bu, COP konfranslarıçərçivəsində daha ardıcıl tədbirlər planı və təkamülü təmin edəcəkvə hər dəfə gah bu, gah da digər ölkənin müxtəlif gündəmlər irəlisürməsindən daha lazımlı olacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Optimal
Optimal
Optimal
Optimal
Optimal
Optimal
Chosen
122
50
az.trend.az

10Sources