EN

Xankəndidə bir həftədə 78 avtomat aşkarlanıb

Bir həftədə (29 iyun-5 iyul) polis əməkdaşları Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
6
unikal.az

10Sources