Bu gün Avro-2024-ün 1/4 final mərhələsində son oyunlar keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, ilk matçda İngiltərə və İsveçrə milliləri qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da Düsseldorfdakı "Esprit Arena"da baş tutacaq. İngiltərə 1/8 finalda Slovakiyanı (2:1), İsveçrə isə İtaliyanı (2:0) məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar. Oyun İtaliyalı baş hakim Daniele Orsato tərəfindən idarə ediləcək.
Günün son matçında isə Türkiyə millisi Niderlandla qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da Berlin Olimpiya Stadionunda keçiriləcək və fransalı referi Klement Turpin tərəfindən idarə ediləcək. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib. Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.
Xatırladaq ki, dünən keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.
6 iyul
Avro-2024
1/4 final
20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland - Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya Stadionu.