İrandakı prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkəyə qarşı siyasətinə təsir etməyəcək.
“Cebhe.info” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat verib.
“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - deyə rəsmi məlumatda bildirilib. Məlumata görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməz qalır: “Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”.
Rəsmi Amerika hakimiyyətinin İrandakı seçkilərin guya azad və ədalətli keçirilmədiyi barədə mövqeyini təkrarlayıb: "Biz bu seçkinin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya vətəndaşlarının insan hüquqlarına daha çox hörmət edilməsinə səbəb olacağını gözləmirik".