Braziliya Futbol Federasiyası millinin baş məşqçisi Dorival Juniorla bağlı qərar verib.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, milli Amerika kubokunda mübarizəni dayandırsa da, mütəxəssislə əməkdaşlıq davam etdiriləcək. Bu barədə qurumun prezidenti Ednaldo Rodriqes məlumat verib: “İki aydan sonra dünya çempionatına vəsiqə uğrunda oyunlar başlayacaq və plan belədir: Dorival ilə işi davam etdirmək.
Dorival nəyin səhv olduğunu yaxşı bilir. Bunun üzərində rəqabətli komanda qura bilərsiniz. Layihənin əsas məqsədi budur. Çünki hər dəfə dəyişiklik edəndə yenidən başlayırsan və bu həmişə daha çətin olur”.
Qeyd edək ki, Braziliya Amerika kubokunun 1/4 finalında Uruqvaya (0:0, penaltilər- 2:4) uduzub.