EN

Bakıda və işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 145 abidəyə baxış keçiriləcək

Bakıda və işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 145 abidəyə baxış keçiriləcək.
Bu barədə "Sherg.az" a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilmiş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib.
Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov bildirib ki, I mərhələdə Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə 51 obyekt, II mərhələdə Binəqədi rayonu üzrə 13 dövlət qeydiyyatında olan abidə və 12 tarix-memarlıq əhəmiyyətli tikili, III mərhələdə isə Memarlar İttifaqının Səbail rayonu üzrə təklif etdiyi 63 tikili – ümumilikdə cəmi 145 abidə baxılması üçün Ekspert şurasına təqdim olunub.
Qeyd edilib ki, I mərhələdə Bakı şəhəri və işğaldan azad edilmiş ərazilər üzrə obyektlərlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Bu obyektlərin abidələr siyahısına daxil edilməsi üçün qərar layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq orqanlara göndəriləcək.
II mərhələdə Binəqədi rayonu üzrə dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif edilib. 12 tarix-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub.
III mərhələdə isə Səbail rayonu üzrə 63 binaya dair hazırlanmış materiallara şura üzvləri tərəfindən baxış olub. Onlardan 49-nun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Hər iki mərhələdə şura üzvləri tərəfindən verilən təkliflər əsasında AMEA-ya məktub hazırlanıb.
Sonda şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
67
7
sherg.az

8Sources