EN

İsveç şirkətinin Gürcüstandakı müəssisəsinin əməkdaşları tətil elan ediblər

İsveç

Bakı, 8 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.

AZƏRTAC Gürcüstanın “OC Media” saytına istinadla xəbər verir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.

Etirazlar şirkət rəhbərliyində işçilərin ünvanına yazılan irqçi şərhlərdən ibarət daxili yazışmalar barədə məlumatların sızmasından sonra daha da güclənib.

“Biz az sayda əməkdaşlarımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu, başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - deyə şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
211
7
azertag.az

10Sources