Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi prokurorluğa istinadən məlumat yayıb.
“İyulun 10-da Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşları 1 nəfəri öldürüb. Bununla da, təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10-a çatıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ilin may ayında Yeni Kaledoniyada Fransadan müstəqillik tələb edənlərin etirazları başlayıb. Fövqəladə vəziyyət mayın 13-dən 27-dək davam edib.