EN

Güclü fırtına, qasırğa, dolu, sel-daşqın… - Təhlükəli atmosfer hadisələrinin sayı və intensivliyi artıb

Son zamanlar tez-tez əhaliyə küləklə bağlı rəngli xəbərdarlıqlar edilir.

Bəs görəsən yay günlərində belə xəbərdarlıqların olması nə ilə əlaqəlidir?

Əkbər Əsgərov, Milli Hidrometrologiya Xidmətinin rəis müavini

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib ki, son zamanlar edilən xəbərdarlıqlar Avropada geniş istifadə olunan rəng xəbərdarlıq sisteminə uyğun olaraq tərtib edilir.

Ə.Əsgərov qeyd edib ki, küləyin sürəti Bofort şkalası ilə 7-8 bala çatdıqda sarı xəbərdarlıq, 9-10 bala çatdıqda narıncı xəbərdarlıq, 11-12 bala çatan güclü fırtınalar və qasırğalarda isə artıq qırmızı xəbərdarlıqlar edilir.

Son zamanlar dünyada baş verən iqlim dəyişmələrinin ölkəmizə də təsir etdiyini deyən, müsahibimiz söyləyib ki, bunun nəticəsində təhlükəli atmosfer hadisələrinin sayı və intensivliyi artıb:

“Odur ki, son dövrlərdə güclü fırtınaların, qasırğaların, dolu, sel-daşqın hadisələrinin sayının artması bununla əlaqələndirilir”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
37
bakivaxti.az

10Sources