EN

İki kəndin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan razı qalıblar - FOTOLAR

İyulun 10-da təqvim planına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Kosalar kənd inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

Lənkəran Şəhər İcra Hakimiyyətindən "Unikal"a bildirilib ki, Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürülür. 

Taleh Qaraşov səyyar qəbulda qaldırılan yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb.

Kosalar kənd inzibati ərazi dairəsinin sakinləri fikir və istəklərini sərbəst şəkildə icra başçısına söyləyiblər, qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşmaya görə rayon rəhbərinə təşəkkür ediblər. Yerli sakinlər cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkədə sosial istiqamətdə mühüm nailiyyətlərin əldə olunmasına və bütün bunları gündəlik həyatlarında hiss etdiklərinə görə minnətdarlıqlarını ifadə ediblər.

Chosen
165
50
unikal.az

10Sources