EN

Rumıniyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 212,2 milyon ABŞ dolları dəyərində 344,4 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 29,7 faiz və ya 48,6 milyon dollar, həcm baxımından isə 32,6 faiz və ya 84,6 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 6,25 milyard dollar dəyərində 9,86 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 3,48 faizi məhz bu ölkənin payına düşüb.

Chosen
151
2
vergiler.az

10Sources