Bakı. Trend:
"Meta" şirkəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın"Facebook" və "Instagram" sosial şəbəkələrindən istifadəsinəqoyulan məhdudiyyətləri tezliklə aradan qaldırmaqniyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Amerikanın "Axios" internetportalı xəbər verib.
Şirkət nümayəndələri jurnalistlərə bildiriblər ki, onlar ABŞ-dəkeçiriləcək prezident seçkilərində namizədlər üçün bərabərimkanların təmin edilməsi üçün bunu etmək niyyətindədirlər.