EN

Yeni “Patriot“lar Xarkov, Sumı, Nikolayev və Çerniqovu qoruya bilməyəcək -“BİLD“

Yeni "Patriot" və "SAMP/T" hava hücumundan müdafiə sistemləri Xarkov, Sumı, Nikolayev və Çerniqovu qoruya bilməyəcək. News365.az xəbər verir ki, bu barədə BILD-də dərc olunan məqalədə məlumat verilib. Məqaləni açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke və avstriyalı politoloq Qustav Karl Qressel yazıb.

Onların sözlərinə görə, hazırda Kiyev üzərində səmanı iki, Lvov və Odessada isə bir "Patriot" qoruyur.

Ekspertlərin fikrincə, onlar Dnepr, Krivoy Roq, Vinnitsa və Ukraynanın qərbində gələcək F-16 bazasını qorumaq üçün göndərilə bilər. Eyni zamanda, bu sistemlərdən Nikolaev, Xerson, Zaporojye, Donetsk, Xarkov, Çerniqov və Sumı vilayətlərində, yəni cəbhə xəttinə çox yaxın yerlərdə istifadə etmək mümkün olmayacaq”, - nəşr yazıb.

Bu bölgələrdə Rusiyanın pilotsuz təyyarələri ilə kəşfiyyatının xeyli fəal olduğunu və Qərbin hava hücumundan müdafiə sistemlərinin aşkarlanması, məhv edilməsi ehtimalının yüksək olduğu bildirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
123
14
news365.az

10Sources