"Azərbaycan kanallarına az baxıram. Məsələn, İctimai Tv-də maraqlı layihələr olur. Mənə maraqlı olan verilişdir. Hansı kanala çevirirsən, mətbəx, musiqiçilər, divan və aparıcıdır. Baxırsan ki, qonaq 1 saatdan sonra o biri kanaldadır. Kanalın loqosu dəyişməsə, elə bilirsən ki, həmin veriliş davam edir. Məzmun qıtlığıdır. Yəqin, bütün bunları tamaşaçının zövqünə uyğun edirlər".
Demokrat.az Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Künc-bucaq" yutub layihəsində deyib. O, kanalları tənqid edib:
"Hər kanalın bir verilişi var ki, reytinqləri qırır: Zaur Kamal, Zaur Baxşaliyev, Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaşın verilişləri. Bunu da tamaçaşı istəmir. Amma baxılır ki, reytinq qazanırlar. Bəlkə də problem kanal sayının çoxluğundur. Biz seriallara görə çox türk kanalının adını əzbər bilirik.
Məsələn, məndən soruşublar ki, "Survivor" kimi verilişi bizdə niyə etmirlər? Təşəbbüs göstərsəm, hansı kanala getsəm, deyəcək, sponsorunu gətir. O veriliş əziyyəti çoxdur.
Düzdür, əziyyətsiz iş yoxdur. Çətinliklər çoxdur. Onu Azərbaycanda çəkmək üçün hər cür şərait var. Bunu bərk istəsək, etmək olmaz?
Murad Dadaşovun ( Xəzər TV-nin rəhbəri, Xalq artisti - red.) "Maşın şou"su maraqlı deyildi? Belə bir layihə etmək olmaz ki? Nə olsun, kürsüdədir? Acun ("TV 8"in rəhbəri Acun Ilıcalı - red.) da çox böyük kürsüdədir. Nə olsun? O, da böyük kanalın rəhbəridir. Bu, reallıqdır. Özü veriliş aparır, prodüserlik edir. Mən inanmıram ki, Murad Dadaşov da eləcə kresloda oturacaq. Yəqin ki, o layihəni davam edər".
10Sources
-
teleqraf.comGünün qoroskopu: "Özünüzə güvənin" ( 9758312)
-
football-plus.az"İstedadlı futbolçu klub üçün mübarizə aparmırsa, pis sözlərə layiqdi" - Roman Qriqorçuk ( 9699035)
-
day.az"Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..." - Səyyad Əlizadənin oğlu: ( 9528947)
-
milli.azSəyyad Əlizadənin oğlu: "Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..." - FOTO ( 9525187)
-
buta.tv"Nə atamın yasına gəldilər, nə də bizimlə ..." - Səyyad Əlizadənin oğlu ( 9522586)
-
sonxeber.az"Vnimatelni" olmadın günün qaradır və ya "balta nəzakəti" sindromu ( 9330903)
-
sonxeber.az"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR ( 9322689)
-
milli.azXalq artisti: "Azərbaycan teatrı xəstədir, onu mənə versəniz..." ( 9317520)
-
teleqraf.com"Hədəf Çempionlar Liqasıdır" - Toral Bayramov ( 9311526)
-
teleqraf.com"Xalqımızı sevindirməyə çalışacağıq" - Toral Bayramov ( 9309846)