EN

Bayden Prezidentlik yarışından geri çəkilə bilər

ABŞ prezidenti Co Bayden BET telekanalı müsahibəsində bildirib ki, həkimlər onun səhhətində problem olduğunu üzə çıxarsa, prezidentlik yarışından imtina edəcək.

“Mənim hansısa xəstəliyim olsaydı, kimsə, həkimlər gəlib deyirlər ki, filan problemin var”.

İyulun 13-də Birləşmiş Ştatlarda aktivləri olan britaniyalı milyarder Riçard Branson Co Baydeni seçkilərdə namizədlikdən imtina etməyə və “estafeti gənc nəslə ötürməyə” çağırıb.

İyulun 13-də “Politico” yazıb ki, ABŞ-ın 24 keçmiş demokrat konqresmenindən ibarət qrup Baydenə məktub göndərərək onu prezident seçkilərində iştirakdan imtina etməyə çağırıb.

Bu arada ABŞ Demokratik Partiyasına bəzi əsas donorlar 90 milyon dollar məbləğində ianələrin köçürülməsini partiya prezident seçkilərində Co Baydenin yerinə yeni namizəd tapana qədər dayandırıb.

Chosen
132
50
anspress.com

10Sources