EN

Paşinyan Londona və Oksfordşirə niyə səfər etmişdi?

Xəbər verildiyi kimi Londonda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın rəhbərlərik görüşü nəzərdə tutulurdu.  Amma Ermənistan rəhbərliyi iki ölkənin liderləri arasında Böyük Britaniyanın təşkilatçılığı ilə öncə üçtərəfli, daha sonra ikitərəfli görüşdən imtina edib. 
Şübhəsiz, Ermənistanın baş naziri Nikol Paşinyan bu addımı “bacı”sı Fransa prezidenti Emmanuel Makronun təhrikilə atıb. Elə Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa çalışması  və Azərbaycana böhtanlar yağdırması, hətta  “Yanılmıramsa, 2020-ci ildə dəhşətli müharibəyə məhz Azərbaycan başlayıb” deməsi  bunu bir daha təsdiq edir.  Halbuki,  qoşunların Qarabağdan çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsini icra etməyən Ermənistan zəbt etdiyi ərazilərin bir qarışını belə könüllü qaytarmaq niyyətində olmayıb. Ermənistanın 30 il davam edən işğalına son qoymaq, ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi.
 Şübhəsiz, Fransanın Ermənistanı silahlandırması və bunu mücərrəd səbəblərlə “əsaslandırması” müəyyən dövlətçilik tarixi olan bir ölkənin rəhbəri üçün qəbuledilməzdir və bu yanaşma Parisin hələ də kolonializm siyasətini davam etdirdiyinin göstəricisidir. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Bu isə o deməkdir ki,  Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir.

Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışarkən Nikol Paşinyanın danışıqlarından yayınmasına aydınlıq gətirib. Sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini bildirən dövlətimizin başçısı bildirib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.
Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti deyib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.

Həqiqətən də, Azərbaycan Prezidenti, həmçinin  Britaniyanın Baş naziri ilə sülh sazişindən danışmaq istəməyən Nikol Paşinyan Londona və Oksfordşirə niyə səfər etmişdi? Şübhəsiz, bu suala iki “bacı”dan, yəni Paşinyan və Makrondan başqa kimsə cavab bilməz. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
87
23
ikisahil.az

10Sources