Almaniya kansleri Olaf Şolts etiraf edib ki, hələ də lampalı televizordan istifadə edir.Elchi.az xəbər verir ki, bu barədə “Bild” yazıb.Nəşrin məlumatına görə, Şolts bu barədə Drezdendə tədbir zamanı danışıb:“Və sonra Şolts etiraf edir ki, evində hələ də lampalı televizoru var. Bu köhnə bir şeydir, amma hələ də işləyir. Bu cihaz yəqin ki, Şoltsun sevimli portfeli qədər köhnədir”.Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts portfelini 40 ildir işlətdiyini demişdi.