EN

Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətinin Pesçanoye Nijne və Luqansk vilayətinin Rozovka yaşayış məntəqələrinin rus hərbçilərin nəzarətinə keçdiyini açıqlayıb.
Nazirlikdən verilən bəyanatda  Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.
Bəyanatda Rusiya Silahlı Qüvvələrinin bölmələrinin iki yaşayış məntəqəsini nəzarətinə keçirdiyi bildirilib. 
“Uğurlu əməliyyat nəticəsində “Qərb” qoşunlarına tebe olan hərbçilər Luqansk Xalq Respublikasının Rozovka və Xarkov vilayətinin Pesçanoye yaşayış məntəqəsini azad edib'',-deyə bəyanatda vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir Mi-8 hərbi helikopterini, Fransa istehsalı olan 2 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 2 HIMARS  raketini və 40 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.



Chosen
61
1
trt.net.tr

4Sources