EN

Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub

Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub

Hsdisə şəhərin Əliabada qəsəbəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

T.Rəhimovun isə hadisə zamanı halı pisləşib və o xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Aqreqator
Chosen
81
6
report.az

7Sources