EN

Türkiyə mətbuatı: 26 iyul 2024

''Yeni Şafak'': Milli Təhlükəsizlik Şurasının bəyannaməsi: ''Suriya terrordan təmizlənməlidir''

Milli Təhlükəsizlik Şurasının iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib. İclasdan sonra yayımlanan bəyannamədə Suriya torpaqlarının terrordan təmizlənməsinin ilk növbədə Suriyanın maraqlarını təmin edəcəyi vurğulanıb. 

''Hürriyet'': Son bir həftədə 94 terrorçu zərərsizləşdirilib
Türkiyənin Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda son bir həftədə 94 terrorçunun zərərsizləşdirildiyini bildirib. "Son bir həftədə biri ''qırmızı kateqoriya'' üzrə axtarışda olmaqla 94 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraq və Suriyanın şimalında yanvarın 1-dən bu günə kimi zərərsizləşdirilən terrorçuların sayı 1521-ə çatıb'',-deyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

''Star'': Səlçuq Bayraktar belə reaksiya verdi
''Baykar'' şirkətinin texniki direktoru Səlcuq Bayraktar ABŞ Konqresində Benyamin Netanyahunun ayaqda alqışlanmasına reaksiya verib. Səlcuq Bayraktar deyib: ''Şeytanlar yer üzünə enib ayinlər etsə onlar belə bu qədər cəsarətli ola bilməzdilər".

''Sabah'': Abdulkadir Uraloğlu deyib: ''Daimi orbitinə çataraq xidmətə başlayacaq''

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu TÜRKSAT 6A-nın bütün mərhələlərinin uğurla tamamlandığını və müvəqqəti orbitində sınaq prosesinin başladığını vurğulayıb. Abdulkadir Uraloğlu deyib: “TÜRKSAT 6A daimi orbitinə çataraq xidmətə başlayacaq''.

''Vatan'': Min ildən sonra üzə çıxdı

Qarsdakı Ani xarabalıqlarında 8 nöqtədə aparılan qazıntı və konservasiya işləri zamanı bölgədə “Divin Qapısı Qaya Məscidi” adlanan və Anadoluda türklər tərəfindən inşa edilən ilk qaya məscidi olduğu düşünülən qaya məscidi gün üzünə çıxarılıb.



Chosen
105
1
trt.net.tr

9Sources